gözləyin...

İstifadəçi adını daxil edin. Şifrə e-mailinizə göndəriləcək.

X BAĞLA
 
 
 

 

Vray -interyer, Azəricə video dərslik
FATI adlı istifadəçimiz Vray’dən istifadə edərək necə real interyer səhnəsi hazırlanması haqqında video dərslik hazırlamışdır. Yeni başlayanlar üçün ideal bir dərslikdir. Dərsliyi buradan endirə bilərsiniz.

Boujou, Azəricə video dərslik

Mw93 adlı istifadəçimiz Boujou programi haqqinda video dərslik hazırlamışdır. Boujou proqramı video tarcking üçün istifadə olunur, yəni öncədən çəkdiyiniz bir videoya hansısa 3d element vəya obyekt əlavə elemək üçün istifadə olunur. Dərsliyi buradan endirə bilərsiniz.


3dsMax-da Lathe funksiyasi, Azəricə dərslik

Qələm, stəkan, butulka vs. kimi simmetrik əşyaları modelləmək üçün 3dsMax-da Lathe funksiyası ən  rahat metoddur. Bu dərslikdə Lathe funksiyası işlədilərək armud modellənir. Buradan.


Multi/Sub object, Azəricə dərslik

Multi/Sub object hərhansı modelin müxtəlif tərəflərinə, fərqli rəng və teksturalar vermək üçün istifadə edilir. Bu haqda ətraflı məlumat burada.


3dsMax-da avtomobil təkəri, Azəricə dərslik

3dsMax-da avtomobil təkərinin şin hissəsini, öz aramızda “pakrışka” dediyimiz hissenin hazırlanmasına aid dərslik. Daha ətraflı


3dsMax-a yeni başlayanlar, Azəricə dərslik

Bu dərslikdə 3dsMax-a yeni başlayanlar üçün proqram haqqında ümumi məlumat verilir. Proqramdaki əsas menyu və düymələrin yerləri və funksyaları anlatılır. Daha ətraflı burada


Azəricə video dərslik, 3dsMax reactor & curves

Tiqlatpalasar  adlı istifadəçimiz 3dsMax’da reactor ve curvelerin isledilmesi haqqında dərslik hazırlamışdır. Dərsliyi aşağıdakı linklərdən endirə bilərsiz.

part1  part2  part3


Reactor, Azəricə video dərslik

Elchin adlı istifadəçimiz 3dsMax`da reactordan istifadə ederək partlatma sehnələrinin necə hazırlanması haqda vıdeo dərslik hazırlamışdır. Dərsliyi buradan endirə bilərsiniz. parol:samedoff


3dsMax və FumeFx, Azəricə video dərslik

RespectPlus adlı istifadəçimiz 3dsMax`da FumeFX  pluginindən istifadə qaydaları haqqında açıqlayıcı video dərslik hazırlamışdır. Dərslikdə primitiv obyekt uzərində FumeFx`dən istifdə olunaraq obyektin yandırılmasının real simulasiyası göstərilir. Dərsliyi aşağıdakı linklərdən endirə bilərsiniz

part1 part2


Image sampler, Azəricə dərslik

Elchin adlı istifadəçimiz Vray`da "image sampling" yəni "antialiasing" mövzusunda yazı və şəkil dəstəkli derslik hazırlamışdir. Dərsliyi buradan endirə bilərsiniz.


3dsMax`da real simulasiya, Azəricə video dərslik

HeartleSS adlı istifadəçimiz 3dsMax`da 3d Glu plugin`indən istifadə edərək mayenin real simulasiyası haqqında və 3dsMax`ın öz içində olan Cloth reaktorundan istifadə edərək parçanın real simulasiyası haqqında gözəl video dərslik hazırlamışdır. Dərsliyi buradan endirə bilərsiniz.


Azəricə video dərslik, 3dsMax texturing

Tiqlatpalasar adlı istifadəçimiz 3dsMax`da texturing, yeni modellərə tekstura geydirmə mövzusu haqqında cox  gəşəng bir video dərslik hazırlamışdır. Video dərslik böyük olduğundan hissə hissə aşağıdakı linklərdən endirə bilərsiniz.

part1  part2  part3  part4  part5  part6


3dsMax+HDRI+MentalRay=Realizm
Vray`a alternativ olan MentalRay`in bacarıqlarını görmək istəyirsinizsə bu dərsliyə baxmalısınız. Dərslikdə MentalRay səhnəsinin quraşdırılması və həmçinin bu səhnədən HDRI işlədilərək foto-realistik görüntü əldə etmənin yolları göstərilir. Hazır səhnənin pulsuz endirmi də mövcutdur. Burada

Xrom/parlaq dəmir

Bu dərslik vasitəsi ilə 3dsMax`da bir neçə mərhələdə parlaq dəmir yəni xrom material hazırlaya bilərsiniz. Vray`in hazır material bazasından istifadə eləməyib özünüz material hazırlamaq istəyirsinizsə onda zəhmət olmasa bu tərəfə 


Render səhnəsi

3dsMax`da avtomobil vəya hərhansı bir obyektin renderi üçün professional səviyyədə səhnənin necə hazırlanmasını bu dərslik ilə öyrənə bilərsiniz. Dərslikdə  işıqlandırmadan kameranın duruş vəziyyətinə qədər hərşey anlatılır. Buradan  


Heqiqi bayraq

Həqiqi bayraq dalqalanması əldə etmək istəyirsinizsə bu dərsliyə baxmalısınız. Dərslikdə 3dsMax`dan istifadə olunaraq necə həqiqi bayraq hərəkətləri əldə etməyin yolları göstərilir. Tam dərslik burada


3dsMax da qutudan ev hazırlamaq

Qutu ilə modelləmə 3dsMax`da işlədilən ən köhnə metodlardan biridir. 3dsMax`a təzə başlayanlar üçün çox əlverişli bir dərslikdir. Bir qutudan başlayaraq kohnə stildə bir ev hazırlamaq istəyirsinizsə bu dərsliyə göz gəzdirin. Buradan


Maya’da meyvə pirogları

Foto-realasitik meyvə piroqları əldə etmək istəyirsinizsə bu dərslik sizə görədir. Dərslikdə Maya ilə  modelləmə və Final Gather işlədilərək render yolları göstərilir, əlbətdə MentalRay ilə. Buradan zəhmət olmasa


Maya 8.0 da yarım kürə ilə işıqlandırma

Bu dərslik vasitəsi ilə çox vaxt sərf etmədən Maya 8.0 də keyfiyyətli gorüntülər əldə edə bilərsiniz. Dərslikdə yarım kürədən istifadə edərək necə işıqlandırma əldə etmənin yollarını göstərir. Daha ətraflı burada


Mental Ray ilə parlaq material və işıqlandırma

3dsMax`da hər hansı bir isıq işlətmədən parlaq materiallar ilə işıqlandırma və kölgələrini əldə etmək üçün bu dərslikdən istifade edə bilərsiniz. Bu dərslik MentalRay ilə necə parlaq material əldə etməyi və ondan istifadə qaydalarını göstərir. Daha ətraflı burada  


1-2  
 
REKLAM


 
  GALEREYADA
RESURSLARDA
XƏBƏRLƏRDƏ
YARIŞMALARDA
SUAL/CAVAB-da


azdizayner.com

qeyd.az

select.az

azgraf

url.az

AMG port

compuser.info


iktxeber.com

qrafika.az

boxca.com






made in MeTheArt.com
developed by Amidos
hosted by Shaihost
contact