| |
|
|
Yeni 3dsMax 2010
Autodesk kampaniyası yeni 3dsMax 2010 versiyasını cıxardıqlarını anons ediblər. Yeni 3dsMax 2010 a bir sıra yeniliklər əlavə olunub. Yeniliklərin video prezentasiyasına buradan baxa bilərsiz. Daha ətraflı məlumat üçün isə buradan zəhmət olmasa.
|
 |
Adobe Photoshop CS4 11.0.1
Adobe Systems Incorporated, Photoshopun yeni CS4 11.0.1. versiyasını buraxdıgını elan edib. Yeni versiyada bir əvvəlki versiyada olan bir sıra səhvlər duzeldilib. Yeni verisyanın Windows üçün olan demo versiyasını buradan ve Macintosh uçün olan versiyasını isə buradan endirə bilərsiniz.
|
 |
Artizen HDR 2.7.3
Support Computers şirkəti Artizen HDR 2.7.3 ün yeni versiyasını buraxıb. Artizen HDR 2.7.3, HDR (High Dynamic Range) və LDR (Low Dynamic Range) şəkilləri edit eləmək üçün istifadə edilir. Yeni versiyada bir cox səhv düzəldilib və yeni xüsusiyətlər əlavə olunub. Daha ətraflı
|
 |
Amazing Photo Editor 7.7
Amazing Photo Editor-un yeni 7.7 versiyası çıxıb. Amazing Photo Editor vasitəsi ilə şəkilləri edit etmək, rənglərini dəyişdirmək, kəsmək, ölçüsünü dəyişdirmək vs. mümkündür. Programda 37 ədəd filter(Blur, Bump, Blend vs.) mövcuddur. Program cəmi 2.7 mb-dır. Demo versiyasını buradan endirə bilərsiniz.
|
 |
Rendercore Maya üçün
Rendercore artıq Autodesk Maya 2009-u da dəstəklədiyini açıqlayıb. Autodesk Maya 2009 ilə işləməsi üçün RenMan client 4.10-in yeni versiyasını endirmək lazımdır. RenMan client 4.10-u buradan endirə bilərsiniz
|
 |
RealFlow 64 bit
Next Limit Technologies, RealFlow plugin'inin indi Windows üçün olan 64 bit Cinema 4D 9.6 və 10 ilə işlədiyini bildirib. RealFlow adından da bəlli olduğu kimi mayelərin hazırlanmasında və onların axəntı dinamikalarını kontrol eləmək üçün istifadə olunur. RealFlow, 3DStudio MAX, Maya, LightWave, XSI, və Houdin ilə də işləyir. Qeydiyyatdan keçərək RealFlow'un demo versiyasını buradan endirə bilərsiniz
|
 |
Boomer Labs
Boomer Labs kampaniyası 3dsMax və AfterEffects arasında ötürücü Max2AE'nin 3cü versiyasını anons etdi. Max2AE, 3dsMax ve AfterEffects arasında kamera vs. elementlərin idxal və ixracını tək bir hərəkət ilə həyata keçirir. Yeni versiya 3dsMax'ın Particle Systems və Space Warps xüsusiyətlərini də dəstəkləyir. Max2Ae'nin demo versiyasını buradan endirə bilərsiniz.
|
 |
Psunami
Digital Anarchy, yeni Psunami plugin'ini anons edib. Psunami ilə AfterEffects, Final Cut, FCP/Motion və Digital Fusion kimi programlarda fotorealistik 3d su səthləri eləmək olur. Psunami plugin'in Windows və Mac OSX üçün demo versiyasını buradan endirə bilərsiniz.
|
 |
Cheetah3D 4.6
3d redaktor Cheetah3D, Mac OS X üçün yeni 4.6 versiyasını buraxıb. Cheetah3D 4.6 ilə həm modelləmə, həm görüntü əldə eləmə ve həm də animasiya eləmək olar. Cheetah3D’nin qiyməti cəmi 129$ dır. Cheetah3D demo versiyasını buradan endirə bilərsiniz. Ayrıca təzə başlayanlar üçün ”Cheetah3D for beginners” adı altında video dərslik də mövcuddur. Dərsliyi cəmi 29$ a buradan endirə bilərsiniz.
|
 |
Digimation plugin’ləri artıq pulsuz!!!
Digimation şirkəti, 3D Studio MAX üçün plugin’lər istehsalçısı, artıq istifadəçilərinin 3ds Max üçün 12 plugin’dən pulsuz istifadə edə biləcəklərini açıqladı. Bütün pulsuz məhsullar Digimation Suite adı altında bir paketdə toplanıb. Paketə daxil olan plugin’lər: Atomizer, Bones Pro, Chameleon, Clay Studio, DigiPeople, Fractal Flow, Glider, Lightning, MaxSculpt, SandBlaster, Spray Master və Tree Factory. Daha ətraflı
|
 |
Adobe Premiere Pro CS4 4.0.1
Adobe Premiere Pro CS4 4.0.1 yenilənmiş versiyası istifadəçilərin ixtiyarına verilmişdir. Yeni versiyaya Adobe OnLocation CS4 və Encore CS4 proqramlari da əlavə olunmuştur. Yenilənmiş versiya AAF fayllarını import \ eksport , Apple Final Cut Pro XML fayllarını import və OMF fayllarını eksport eleyə bilir. Yenilənmiş versiya bütün Adobe Premiere Pro CS4 istifadəçilərinə tövsiyyə olunur. Daha ətraflı
|
 |
Panda3D 1.5.4
3D oyunların vizualizasiyası və tərtibatı üçün istifadə olunan yeni Panda 3D1.5.4 versiyası çıxmıştır. Panda 3D pulsuz yayılır və eyni zamanda kommersiya məqsədilə də istifadə oluna bilər. Yenu versiya daha təkmilləştirilmişdir. Panda3D 1.5.4 (57 M) buradan yükləyə bbilərsiniz.
|
 |
Cinema 4D üçün Rendercore
Pozulmuş
renderinqlərin həllində dünya lideri olan Rendercore şirkəti yeni Cinema 4D R.11
dəstəkləyicisinin əlavə olunduğunu elan etmişdir. Cinema 4D ilə çalışması üçün,
pozulmuş renderinq fayllarına keçid, real vaxt çərçivəsində monitorinq və
nəzarət etmək üçün, yeni RenMan Client 4.06 versiyasını yükləmək lazımdır.
RenMan Client 4.06 buradan yükləyə
bilərsiniz
|
 |
Wizardbrush 6.0
Eusoftware, çox hasand və sadə qrafika editoru olan WizardBrush'ın yeni versiyasını buraxıb. WizardBrush, rəssamlıqla məşqul olmaq istəyənlərə hər cür imkanı verir. Bu proqramda rəsm çəkmək üçün qələm, yağlı fırça, sulu fırça, təbaşir, kömür, marker vs imkanlar var. Proqramda Photoshop kimi qatmanlarla (Layer) işləmək olur. Faylları TİFF, PNG və TGA kimi alfa kannalı formatlarda saxlamaq olur. Proqramın demo versiyasını buradan endirə bilərsəniz
|
 |
|
|
|
|
|
|